Amerikanın Meta Platforms korporasiyası (Facebook və İnstagram-ın sahibi) 11 mindən çox əməkdaşını işdən çıxaracaq ki, bu da işçilərin ümumi sayının təxminən 13 faizinə bərabərdir.
Eləcə də bax: “Facebook” çətinliyə düşdü – Tarixində ilk dəfə genişmiqyaslı kütləvi ixtisarlar edəcək
Amerikanın Meta Platforms korporasiyası (Facebook və İnstagram-ın sahibi) 11 mindən çox əməkdaşını işdən çıxaracaq ki, bu da işçilərin ümumi sayının təxminən 13 faizinə bərabərdir.
FED.az xəbər verir ki, şirkətin ixtisar planının təfərrüatlarını onun rəhbəri Mark Zukerberq paylaşıb. Şirkət həmçinin yeni işçilərin işə götürülməsinə qadağanı gələn ilin birinci rübünə qədər uzadıb.
Zukerberq etiraf edib ki, dünyanın sürətlə onlayn rejimə keçməsinə töhfə verən COVID-19 pandemiyasının başlamasından sonra şirkət fırtınalı xərclərin öhdəsindən gələ bilməyib. Korporasiya yeni uzaq formatlara sərmayəni əhəmiyyətli dərəcədə artırdı, lakin gəlirlər gözləniləndən xeyli aşağı oldu.
Xatırladaq ki, Meta - WhatsApp sosial şəbəkələrinin, həmçinin Facebook və Instagram-ın ana şirkətidir. 2022-ci ilin sentyabr ayının sonuna korporasiyanın işçilərinin sayı 87,3 min nəfər olub.
Kütləvi ixtisarlar korporasiya tarixində ən böyük azalma olacaq və bütövlükdə sənayedə ən böyük azalmalardan biri ola bilər. Şirkət 18 ildən sonra ilk dəfə belə bir addıma əl atacaq.
Oktyabrın sonunda Meta üçüncü rüb üzrə fəaliyyəti haqqında hesabat təqdim edib - şirkətin gəliri dörd faiz azalaraq 27,7 milyard dollar təşkil edib. Maliyyə hesabatları açıqlanandan bəri şirkətin bazar kapitallaşması təxminən 67 milyard dollar azalıb.