Amerikanın “Meta” şirkəti (“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi) tezliklə bir neçə min əməkdaşını işdən çıxarmağı planlaşdırır.
Eləcə də bax: “Facebook”un mənfi hesabatından sonra – SƏHMLƏRİ KƏSKİN UCUZLAŞIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bildirir. “Meta”da kütləvi ixtisarların rəsmi elanı noyabrın 9-da gözlənilir.
Qeyd edək ki, bu, şirkətin mövcud olduğu 18 il ərzində ilk kütləvi ixtisarlardır. Hazırda “Meta” şirkətinin heyəti 87 min nəfərə çatır.