Yaponiyanın toster istehsalı ilə məşğul olan «Balmuda» şirkəti smartfon bazarına çıxmaq niyyətindədir.
Eləcə də bax: Azərbaycana mobil telefonların idxalı - Kəskin Artıb
FED.az xəbər verir ki, hazırda şirkət 5G telefonunun buraxılmasına hazırlaşır, hələlik yeni smartfon barədə məlumat verilmir, bircə məlumdur ki, onun satışlarına 2021-ci ilin noyabrında başlanacaq.
«Məişət texnikası istehsalı biznesində əldə etdiyimiz təcrübəyə əsaslanaraq, Balmuda üçün yeni olan sürprizləri təqdim etmək istəyirik. Bu – sürətlə inkişaf edən smartfon bazarına aiddir»-deyə şirkət bildirir.
«Balmuda» smartfonları «Kyocera» şirkətinin dəstəyi ilə istehsal olunacaq. Smartfonlar ilk mərhələdə Yaponiyanın özündə «SoftBank» operatoru vasitəsilə satılacaq.
«Balmuda» məişət texnikası – lampalar, hava nəmləndiriciləri, dinamiklər və başqa qurğular istehsal edir. Onun ən populyar məhsulu toster olub – 5 il əvvəl bu qurğu Yaponiyada çox məşhur oldu, alıcılar onu əldə etmək üçün 5 ay gözləyirdilər.