Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü ildə 64.2% olub.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
2023-cü il ilə müqayisədə 8.6 faiz bəndi artım deməkdir.
İstifadəçilərin innovativ ödəniş həllərinə uyğunlaşması sürətlə davam etmiş, “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı və həcmi 2023-cü illə müqayisədə 2 dəfə artıb.
Hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 3 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.