Elektronika və məişət texnikası mağazalar şəbəkəsi kimi tanınan “Maxi.az” şirkətinin filialları ləğv edilir.
«Music gallery» də satıldı – BAZARA İRİ ŞİRKƏT DAXİL OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, şirkət Umico marketlər üzərindən fəaliyyətini davam edəcək.
“Maxi.az” məhsulları onlayn olaraq satılacaq, filiallar isə fəaliyyət göstərməyəcək.
Xatırladaq ki, Maxi şirkəti, İntegral Plus mağazalar şəbəkəsinin əsasında qurulub. Bu şirkət 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb və hal-hazırda Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir.