Twitter sosial şəbəkəsi doğrulanmış (mavi işarə ilə rəsmi olaraq təsdiqlənmiş) səhifədən istifadəni ödənişli edəcək.
Eləcə də bax: «Twitter» menecerləri üçün «qızıl paraşütlər» açıldı – 122 MİLYON DOLLAR ALACAQLAR
FED.az xəbər verir ki, bu barədə Amerikanın texnologiya və media xəbərlər şəbəkəsi "The Verge" mənbələrə istinadən xəbər verir.
Verge-nin məlumatına görə, "Twitter Blue" aylıq abunə haqqını ödəmiş istifadəçilər üçün mümkün olacaq. Qiymətin aylıq 4,99 dollardan 19,99 dollaradək olacağı bildirilir. İstifadəçilər bu abunəni 90 gün ərzində ödəməlidirlər, əks halda onların səhifəsində mavi işarə yox olacaq.
Nəşrin məlumatına görə, Mask işçilərə, noyabrın 7-dək yeni ödənişli abunəni həyata keçirə bilməsələr işdən çıxarılacaqlarını da bildirib.
Bundan əvvəl Mask nəhayət sosial şəbəkəni almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Media Twitter-in rəhbəri Paraq Aqravalın digər şirkət rəhbərləri ilə birlikdə işdən çıxarıldığı barərə məlumatlar yayıb. “Washington Post” yazıb ki, Mask Twitter işçilərinin 75%-ni işdən çıxarmaq istəyir. Eyni zamanda Maskın özü də bu xəbərləri təkzib edib. (Marja)