«Twitter»in yeni sahibi, İlon Mask tərəfindən işdən çıxarılan 3 top-menecer şirkətdən kompensasiya olaraq 122 milyon dollar alacaqlar.
Eləcə də bax: Twitter İlon Maska məxsusdur - 4 top-meneceri işdən qovdu
FED.az xəbər verir ki, bu barədə «Equilar» tədqiqat şirkəti məlumat yayıb.
Məlumata görə, İlon Mask şirkətin baş icraçı direpktoru Paraq Aqravalı, maliyyə direktoru Ned Siqalı və hüquqi məsələlər və siyasət üzrə direktoru Vicay Qaddueni işdən uzaqlaşdırıb.
Mask bu şəxsləri saxta hesabalrla bağlı onu və investoorları çaşdırmaqda ittiham edib.
«Equilar» hesablayıb ki, işdən azad edilən Paraq Aqravalın «qızıl paraşütü» (işdən çıxarılan top-menecerlərə verilən kompensasiya), 57,4 milyon dollar, Siqalın kompensasiyası 44,5 milyon dollar, Qaddenin kompensasiyası isə 20 milyon dollar olacaq.
Şirkətlər satılıb-alındıqda keçmiş rəhbərlərə kompensasiya ödənilməsi adi haldır, lakin mübahisəli ola bilər. Ödənişlərə rəhbər işçilərin illik əsas əmək haqqının 100 faizi, tibbi sığorta haqları və sürətləndirilmiş səhm mükafatları daxil olacaq.