ABŞ-ın maliyyə xidmətləri şirkəti Mastercard yenidən strukturlaşdırma planı çərçivəsində işçilərinin 3 faizini ixtisar edir.
FED.az xəbər verir ki, şirkətin sözçüsü bəyanatında təşkilati dəyişiklik planının yaxınlarda elan edildiyini xatırladıb.
Eyni zamanda bölgələrin və müəssisələrin böyüməni sürətləndirmək və uzunmüddətli imkanlara investisiya qoymağa imkan verəcək potensialı ortaya çıxarmaq üçün yenidən təşkil edildiyini bildirib.
Açıqlamada bildirilib ki, bu dəyişikliklər edilərkən resursların artım sahələrinə yenidən bölüşdürülməsi nəzərdə tutulub və bu addımlar şirkətin işçilərinin 3 faizinə təsir edəcək.
Açıqlamada, təsirə məruz qalan işçilərə bildirişlərin əksəriyyətinin üçüncü rübdə tamamlanmasının gözlənildiyi və sözügedən işçilərə dəstək veriləcəyi də qeyd edilib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə bu ixtisarların təxminən 1000-ə yaxın işçini əhatə edəcəyi qeyd olunur .