Amerikada texnologiya şirkətləri gündə orta hesabla 780 nəfəri işdən azad edirlər.
“Nivida” bazar dəyərinə görə Saudi Aramco”nu da geridə qoydu – DÜNYANIN 3-CÜ ŞİRKƏTİDİR
FED.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu ilin əvvəlindən indiyədək ölkədə İT sektorda çalışan 43 min nəfərdən artıq işçi iş yerini itirib.
Koronavirus pandemiyası İT sahəsinin inkişafına böyük dəstəkolsa da, ötən ildən etibarən şirkətlər başa düşməyə başlayıb ki, lazım olandan artıq kadr toplayıblar və indi böhran şəraitində «artıq yükdən» xilas olmağa başlayıblar.
«Benzinga» agentliyinin məlumatına görə, 2023-cü ildə Amerikanın texnologiya şirkətləri 263 min işçini ixtisar ediblər. Həmin tendensiya 2024-cü ildə də davam edir. 2024-cü ilin ilk 2 ayında şirkətlər daha 42 324 əməkdaşı işdən azad ediblər.
Başqa sözlə, İT sektorunda hər gün 780 nəfər işini itirir.
Maraqlıdır ki, 2024-cü ilin təkcə yanvar ayında ABŞ-da 353 min yeni iş yeri yaradılıb. Amma İT şirkətlərində bu tendensiya əksinədir. Ekspertlər hesab edir ki, İT sepktorunda baş verən ixtisarların bir səbəbi də şirkətlərin xərcləri azaltmaq və səhmdarları və investorları razı salmaq istəyidir. Belə ki, yanvar ayında işçiləri ixtisar edənlərin arasında «Google», «Amazon», «Microsoft», «Discord», «Salesforce», «eBay» və «PayPal» kimi şirkətlər var.