Sahibkar Elon Mask oktyabrın 27-də şirkəti aldıqdan sonra Twitter-in direktorlar şurasını istefaya göndərib.
Eləcə də bax: «Twitter» menecerləri üçün «qızıl paraşütlər» açıldı – 122 MİLYON DOLLAR ALACAQLAR
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumat bazasında yerləşdirilmiş sənədlərdə deyilir.
Bundan əvvəl bildirilmişdi ki, “Twitter”i satın aldıqdan dərhal sonra Mask şirkət rəhbərliyinin bir neçə üzvünü, o cümlədən baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqalı işdən çıxarıb.
Oktyabrın 27-də İlon Mask eyniadlı sosial şəbəkənin sahibi olan Twitter-i 44 milyard dollara almaq üçün müqavilə bağlayıb. (Marja)