Hakerlər “LinkedIn” sosial şəbəkəsinin 500 milyon istifadəçisinin məlumatını satışa çıxarıblar.
Eləcə də bax: LG smartfonların istehsalını - Dayandırdı
FED.az xəbər verir ki, şirkətin nümayəndəsi məlumat itkisinin qeydə alınmadığını, internetdə yerləşdirilmiş məlumatların açıq girişdə olduğunu bildirib.
“CyberNews” saytı haker saytında məlumatların satışı haqqında təklif aşkar edib. Satışa çıxarılmış arxivdə istifadəçi ID-si, adlar, poçt ünvanları, telefon nömrələri və başqa sosial şəbəkələrə linklər yerləşdirilib. Arxiv hərracda 4 rəqəmli məbləğə satılıb.
Şirkətdən məlumat verilib ki, məlumat itkisi olmayıb, hakerlər açıq girişdə olan informasiyadan istifadə ediblər. (İctews)