Cənubi Koreyanın “LG Electronics Inc” şirkəti maddi ziyana və yüksək rəqabətə görə mobil telefonlar bazarından getdiyini elan edib.
Eləcə də bax: 2021-ci ilin ən yaxşı smartfonları - Açıqlanıb
FED.az xəbər verir ki, qeyd edilir ki, şirkət ağıllı telefonların (smartfonların - red) istehsalının satışını Vyetnamın “Vingroup” və Almaniyanın “Volkswagen” avtokonserni ilə müzakirə edib, ancaq razılaşmalar əldə olunmayıb.
Agentliyin məlumatına görə, LG-nin mobil biznesi 2015-ci ildə zərərlə işləməyə başlayıb, ötən il onun ümumi məbləği 4,4 milyard ABŞ dolları olub.
“LG Group” Cənubi Koreyanın miqyasına görə dördüncü maliyyə-sənaye qrupudur.
Daha əvvəl bildirilib ki, LG bu ilin fevral ayından çevik ekranlı telefonlarının inkişafını dondurub. Növbəti qərar şirkətin ilin birinci yarısında planlaşdırılan yeni smartfonların təqdimatını təxirə salması olub. (Report)