İnsanların təxminən dörddə biri kriptovalyuta ilə əlaqəli kibertəhlükələrdən xəbərdardır və demək olar ki, eyni sayda insanın (23%) onlar haqqında heç bir təsəvvürü yoxdur.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, bu məlumatlar Kaspersky şirkətinin müxtəlif ölkələrin sakinlərinin kriptovalyutaya* münasibətini öyrənmək üçün apardığı yeni sorğusuna əsaslanır. Təxminən hər iki nəfərdən biri (49%) kriptovalyuta ilə bağlı cinayətin bu və ya digər şəkildə təsirinə məruz qalıb. Rəqəmsal pul sahiblərinin 40%-i mövcud müdafiə vasitələrinin kifayət etdiyinə inanmır.
Respondentlərin fikrincə, kriptovalyutadan istifadə ilə bağlı ən çox yayılmış kibertəhlükələr valyuta oğurluğu və fırıldaqdır. Bu barədə respondentlərin müvafiq olaraq 27% və 26%-i məlumat verib. Sorğu iştirakçılarının üçdə birindən çoxu (38%) rəqəmsal aktivlərə sahib olmayanlar üçün də risklərin mövcud olduğunu bilmir. Bu risklər cihaz sahibinin xəbəri olmadan onun köməyi ilə kriptovalyuta kriptomədənçi proqramlarla bağlıdır.
“Kriptosənaye həmişə təcavüzkarlar üçün cəlbedici hədəf olub. Təəssüf ki, bu sahədə zərərli fəaliyyətin səviyyəsi azalmır. Araşdırmamız göstərdi ki, kriptovalyuta sahibləri rəqəmsal savadlarını artırmalı və potensial risklər haqqında əlavə biliklər əldə etməlidirlər. Bu mövzu Azərbaycan üçün nisbətən yenidir, ayıq-sayıq olmaq və maliyyə itkilərinə səbəb ola biləcək tələsik qərarlar qəbul etməmək son dərəcə vacibdir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
Kriptovalyutaların üstünlüklərindən təhlükəsiz istifadə etmək üçün Kaspersky mütəxəssisləri tövsiyə edir:
• hər bir hesab üçün unikal güclü şifrələrdən istifadə edin;
• şübhəli e-poçt və linklərə qarşı diqqətli olun; məxfi məlumatları daxil etməzdən əvvəl həmişə səhifə ünvanını bir neçə dəfə gözdən keçirin;
• şəxsi açarları heç kimlə paylaşmayın, onları heç bir yerə yerləşdirməyin;
• kibertəhdidlər haqqında daha çox öyrənməyə çalışın, fırıldaqçıların qurduğu tələlərdən xəbərdar olun;
• bütün cihazlarda etibarlı təhlükəsizlik həlləri quraşdırın.
* Sorğu Kaspersky-nin sifarişi əsasında Arlington Research şirkəti tərəfindən 16 ölkədə aparılıb və Avstriya, Braziliya, Kolumbiya, Fransa, Almaniya, Hindistan, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya, İsveçrə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ-da ümumilikdə 12 min insanı əhatə edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür