Koronavirusun zərər verdiyi əsas sektorlardan biri də texnologiyadır. Texnologiya nəhəngləri Apple, Amazon, Google və Microsoft-un virusdan sonra satış dəyərinin ümumilikdə 1,3 trilyon dollar aşağı düşdüyü bildirilib.
Eləcə də bax: Hər işçiyə 1000 dollar - MÜKAFAT VERİR
FED.az "ted"ə istinadən xəbər verir ki, bu dörd texnologiya şirkətinin hissələri ümumilikdə 20-30 faiz aşağı düşüb.
Ən böyük satış isə Google-un tabeliyində fəaliyyət göstərən Alphabet-də reallaşıb. Bununla belə, şirkətin satış həcmi də 29,3 faiz aşağı düşüb.
Microsoft və Apple isə müvafiq olaraq 26,9 və 25,4 faiz zərərə uğrayıb.