FED.az xəbər verir ki, "AFB" Bank Şəxsi köməkçi (Personal assistant) vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil və ya orta ixtisas təhsil;
• Yaxşı dərəcədə yazılı və şifahi azərbaycan, rus və ingilis dili biliyi;
• MS Office proqramlarında işləyə bilmək bacarığı;
• Koordinasiya, ünsiyyət qurma və təşkilatçılıq qabiliyyəti;
İŞİN TƏSVİRİ:
• Rəhbərliyin aparacağı iclas və müşavirələrin keçirilməsi üçün hazırlıq işlərinin görülməsi, lazım olan sənədlərin yığılması, iclas və ya müşavirənin keçiriləcəyi vaxt, yer və gündəlikdəki məsələlər haqqında iştirakçıların əvvəlcədən xəbərdar edilməsi;
• Keçirilən görüş və iclaslarda iştirak edərək (rəhbərliyin müəyyən etdiyi) iclasın qeydiyyat və sənədləşdirməsinin aparılması;
• Rəhbərliyin qəbuluna gələn qonaqların qəbulunu təşkil etmək;
• Rəhbərlik tərəfindən tələb edilən hesabatların, təqdimatların və s. hazırlanması.
• Rəhərliyin tapşırığı ilə şirkətdaxili və xarici yazışmaların Azərbaycan və İngilis dilində mətninin hazırlanması;
• Rəhbərliyə ünvanlanmış telefon zənglərinin cavablandırılması,Sorğular və müraciətlərin müvafiq şəkildə idarə edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəxsi köməkçi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.