FED.az xəbər verir ki, "Kontakt Home" Korporativ satışlar üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "PASHA Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
• Yeni korporativ müştəriləri cəlb etmək, müştəri bazasını genişləndirmək;
• Müştəri bazasının genişləndirilməsi məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
• İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını həyata keçirmək;
• Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqəni qurmaq və görüşləri təyin etmək;
• Danışıqlar aparmaq, təqdimatları keçirmək və təklifləri vermək;
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək və yeniləmək;
• Korporativ müştərilərlə iş səviyyəsini inkişaf etdirmək;
• Görülən işlər barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
• Korporativ satış sahəsində təcrübə - 3 ildən çox
• Azərbaycan və rus dillərini mükəmməl bilməli
• Ali təhsil
• Elektronika satışı sahəsində təcrübə arzu olunandır
Şəxsi keyfiyyətlər:
• İnsanlarlarla ünsiyyət və münasibət qurmaq bacarığı
• Liderlik keyfiyyətlərinə malik olmalı
• Məsuliyyətli və inkişafa meyilli olmalı
• Stresə davamlı olmalı
İş barədə məlumat:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ satışlar üzrə menecer” qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.