FED.az xəbər verir ki, "PASHA Bank" ASC Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis vakansiyasını elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
İŞ BARƏDƏ MƏLUMAT:
Əməliyyat və tənzimləyici risklərinin aşkarlanması, qiymətləndirilməsi və monitorinqinə cavabdehlik. Əməliyyat və tənzimləyici risklərin çərçivəsinin təkmilləşdirilməsi üçün zəruri layihələrin aparılması və fəaliyyətlərdə iştirak.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Bütün səviyyələrdə bank üçün xarakterik əməliyyat və tənzimləyici risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi
• Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə əməliyyat və tənzimləyici nöqteyi nəzərdən rəyin verilməsi
• Risk qiymətləndirmə, özünü nəzarət (RCSA) modelinin tətbiqi
• Risk və İnsidentərin idarə edilməsi sisteminin idarə edilməsi
• Bank üzrə əməliyyat itkiləri bazasının toplanması, ssenarilərin analizi və stress testlərin keçirilməsi
• Əməliyyat və tənzimləyici risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət
• Əməliyyat risklərinin idarə edilməsi üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin yazılması, dövri nəzərdən keçirilməsi və yenilənməsi
• Zəruri hesabatlıq və təqdimatların hazırlanması
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası
TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:
• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Əməliyyat Risklərinin İdarə edilməsi, Audit, Komplayns, Daxili Nəzarət sahələri üzrə minimum 2 il iş təcrübəsi
• Sertifikat: FRM, PRM üzrə sertifikatlı namizədlərə üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.12.2019-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.