Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu rəqəm ötən ilə nisbətən 2,1% çoxdur.
Eləcə də bax: Planşet bazarının lideri - AÇIQLANDI
FED.az "ted"ə istinadən xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə azalıb.
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,7%, elektrik avadanlıqlarının istehsalı 33,3% azalıb.