Huawei liderlər sırasındadır
Ötən il satış bazarı üçün 144 milyon planşet istehsal olunub.
Eləcə də bax: “Apple” rekord - MƏNFƏƏT QAZANIB
FED.az xəbər verir ki, bu haqda IDC analitik şirkətinin məlumatında deyilir.
Şirkətdən bildirilib ki, bu rəqəm 2018-ci ilə nisbətən 1,5% azdır.
Planşet bazarının lideri Apple şirkəti olub. Apple ötən il bazara 15,9 milyon planşet çıxarıb. Bu rəqəm 2018-ci illə müqayisədə 3 milyon çoxdur. Nəticədə isə şirkət bazar gəlirini 29,6%-dən 36,5%-ə çatdırıb.
Planşet bazarının ikincisi Samsung şirkəti olub. Apple-dan fərqli olaraq Samsung-un planşet istehsalında azalma müşahidə olunur. 2018-ci ildə bazara 7,6 milyon planşet çıxaran şirkət 2019-cu ildə bu rəqəmi 7 milyona endirib. Bununla da Cənubi Koreya şirkətinin bazar gəliri 17,3%-dən 16,1%-ə düşüb.
Huawei şirkəti planşet gəlirini 9,3%-dən 9,1%-ə azaldaraq bazar üçüncüsü olub.
Bazarın ilk beşliyini ardıcıl olaraq Amazon.com və Lenovo şirkətləri tamamlayıb. Bu şirkətlərin gəliri ümumi planşet bazarının 7,6% və 5,8%-nə bərabərdir.
TED