Azərbaycanda internet bağlantılarında yaranan problemlər bankların da işinə təsir edib.
FED.az xəbər verir ki, son 1 saat ərzində bəzi bankların bankomatlarında və mobil tətbiqlərində problem yaranıb. İstifadəçilər bankomatdan pullarını çıxara və ya köçürmələr edə bilməyiblər.
Amma hazırda mobil tətbiqlərdə vəziyyət qaydasına düşüb. Mobil tətbiq vasitəsilə köçürmə və ödəniş əməliyyatları etmək mümkün olub.