Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Azərbaycanda internet problemi yaşanır
Aztelekom: İnternet xidmətimizdə nasazlıq yoxdur
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Bu vəziyyətdə Nazirlik ölkədə internet xidmətlərinin davamlılığını təmin etmək üçün internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirib.
Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.
Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun da qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.