“SpaceX” şirkətinin təsisçisi İlon Mask istifadəçilər üçün “Twitter” və ya dəyişdirilmiş adı ilə “X” sosial şəbəkə platformasında yazıları paylaşmaq və onlarla qarşılıqlı əlaqə yaratmaq üçün yeni funksiya təqdim edir.
“X”ə üç yeni Premium abunə - SEÇİMİ GƏLİR
FED.az xəbər verir ki, hazırda sınaq mərhələsində olan “Not A Bot” proqramının bir hissəsi olaraq təsdiqlənməmiş hesablardan illik 1 ABŞ dolları məbləğində rüsum tutulacaq.
“Not A Bot” proqramı hazırda Yeni Zelandiya və Filippində sınaqdan keçirilir və yalnız yeni istifadəçilər üçün əlçatandır. Mövcud istifadəçilər hələlik sınaqdan kənardadırlar. İstifadəçilərdən hər il 1 dollar ödəməkdə məqsəd platforma, spam və bot fəaliyyətini manipulyasiya edən insanları azaltmaqdır.
İ.Maskın fikrincə, “X Premium” abunəliyi bu problemlərlə mübarizədə ən təsirli üsuldur.
Yeni proqram platformanı manipulyasiya etməyə və digər “X” istifadəçilərinin təcrübəsini pozmağa çalışan botlardan və spam yazılarından müdafiə məqsədi daşıyır. İndi istifadəçilərdən telefon nömrələrini təsdiqləmələri və illik 1 dollar ödəmələri tələb olunacaq. Əks halda, istifadəçilər paylaşa, yazılara cavab verə, yazılardan sıtat gətirə və ya əlfəcinlərə əlavə edə bilməyəcəklər. Ödənişi qəbul etməyən istifadəçilər yalnız yazıları oxuya, videolara baxa və hesabları izləyə biləcəklər. Nəzərinizə çatdıraq ki, bu proqram hazırda yeni hesablar üçün həyata keçirilir. (Trend)