“Twitter” və ya dəyişdirilmiş adı ilə “X”ə üç yeni Premium abunə seçimi gəlir.
“TikTok” üçün ödənişli abunə dövrü - BAŞLAYIR
FED.az xəbər verir ki, seçimlər bunlardır:
Əsas, Standart və Plus abunə seçimləri.
Əsas planda istifadəçilər müntəzəm olaraq reklamları görməyə davam edəcəklər. Standart planda “X” daha az reklam göstərəcək. Plus planı reklamsız baxışı təmin edəcək. Heç bir reklam görmək istəməyənlərin üstünlük verəcəyi “X Plus”ın qiymətinin nə olacağı hələlik bəlli deyil.
Qeyd edək ki, “Twitter” və ya dəyişdirilmiş adı ilə “X” onlayn sosial şəbəkə xidmətləri təklif edən saytdır.
“Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. 25 aprel 2022-ci ildə “Twitter” İlon Mask tərəfindən 44 milyard dollara alınıb. (Trend)