Çinə məxsus video tətbiqi “TikTok” ilə bağlı təhlükəsizlik narahatlıqları fonunda Britaniya hökumət qurumlarının telefonlarında "Tiktok" tətbiqi qadağan edilib.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin naziri Oliver Douden bildirib.
O, parlamentə verdiyi açıqlamada hökumət məlumatlarının proqram tərəfindən istifadə edilməsində risk ola biləcəyini deyib.
Douden, "TikTok"un qadağan edilməsini yaxşı kiber gigiyena adlandırıb və hökumətin bu qərarının ABŞ, Kanada və Aİ-nin aldığı qərar ilə üst-üstə düşdüyünü deyib.
Nazir bildirib ki, bu qərar dövlət korporativ cihazlarına şamil edilir, fərdi cihazlara şamil edilməyəcək. (Apa)