5G sənaye sahəsində olduqca önəmli rol daşıyır.
Huawei: "Mobil rabitə sektoruna qoyulan hər 1 dollar investisiya üç dollar gəlir gətirəcək"
FED.az xəbər verir ki, bunu "Nokia"nın Türkiyə və Mərkəzi Asiya üzrə vitse-prezidenti Demetrio Russo "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.
"İstehsal sənayesi 5G şəbəkəsinin istifadəsindən 4 trilyon dollar gəlir əldə edəcək. Cihazların 70 faizdən çoxu internetə qoşulmayıb. İstehsalatı ağıllı və avtonom etmək üçün böyük sayda məlumatlarımız çatışmır. Bundan başqa, biznesin genişləndirilməsi məqsədilə məlumatları keyfiyyətlə idarə və təhlil etmək üçün internet şəbəkəsinə qoşulmaq, stabil və yüksək sürət lazımdır", - Russo deyib.
Onun sözlərinə görə, "Nokia" 5G sahəsində liderdir.
Russo "Nokia"nın ilk dəfə olaraq 5G sahəsində layihələr işə saldığını və tətbiqlərin internetə ümumi qoşulması üzərində işlədiyini qeyd edib.
"Biz Azərbaycanda və Mərkəzi Asiyada sənaye inqilabının inkişafına köməklik göstəririk", - o deyib. (Trend)