Mobil rabitə sektoru investisiyalar üçün daha cəlbedici sahədir.
FED.az xəbər verir ki, bunu Huawei şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə operator biznes qrupunun prezidenti An Tszyan "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, mobil rabitəyə hər bir dollar investisiya üç dollar, inkişaf etməkdə olan ölkələrdə isə dörd dollar və daha çox gəlir gətirəcək.
"5G üç il ərzində 4G ilə beş il ərzində mümkün olanı etməyə imkan verdi. Bu gün bu şəbəkənin istifadəçilərinin sayı sürətlə artmaqdadır, həmçinin korporativ istifadəçilərin sayı artmaqdadır", - An Tszyan deyib.
Onun sözlərinə görə, bu gün Çində 5G-dən bir milyarddan çox abunəçi istifadə edir.
"5G texnologiyalarından bütün sahələrdə, istər məişətdə, istərsə də məsələn, sənaye sektorunda istifadə edə bilirik", - deyə o qeyd edib. (Trend)