Azərbaycanda iş adamları və sahibkarlar üçün elektron ticarət platforması yaradılacaq.
Eləcə də bax: Xarici saytlardan alış-veriş edənlər üçün - GÖMRÜKDƏN DAHA BİR YENİLİK - VİDEO
FED.az xəbər verir ki, bu barədə İnnovasiyalar Agentliyinin Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentl kimi qəbul edilən «GoldenPay» şirkəti məlumat verib.
Şirkətin «Hesab Shop» layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkında rezident statusu verilib. «Hesab Shop» layihəsi - onlayn ticarət sahəsində kiçik, orta və böyük şirkətlər üçün internet üzərindən yeni satış kanalına imkan yaradan elektron ticarət platformasıdır.
«Azərbaycanın ilk və ən böyük onlayn ödəniş platforması hesab.az ölkə bazarında öz onlayn ticarət platformasını açır və böyük bazar payına sahib olmağı hədəfləyir»-deyə şirkətdən bildirilir.