Dünyanın ən məşhur və geniş yayılmış proqram təminatı olan «Microsoft»ın «Excel» proqramı ilə bağlı şikayətlər eşidilməyə başlanıb.
Uzun illər boyunca dünyanın maliyyə direktorları dəfələrlə öz komandalarını «Microsoft Excel»i dəyişməyə məcbur etmək istəyiblər. Cavabında əməkdaşlar «Excel»in ideal olduğunu bildirərək buna razılaşmayıblar, amma indi vəziyyət dəyişə bilər.
“Apple” bütün cihazlarında üztanıma texnologiyası - Tətbiq Edəcək
FED.az xarici mətbuata istinadən bildirir ki, məsafədən işləmək «Excel»in çatışmazlaqlarını daha qabarıq göstərməyə başlayıb. «The Wall Street Journal» yazır ki, maliyyə direktorları Excel-lə bağlı 3 əsas problemi sadalayırlar:
Bəzi komandalar «Excel»in onun uyğun gəlmədiyi tapşırıqların həlli üçün istifadə edirlər.
Məlumatların Excel-ə əllə daxil edilməsi ço vaxt aparır.
Məsafədən iş onu gətirib çıxarıb ki, çoxsaylı səhvlər diqqəti cəlb etmir. Nəticədə korporasiyalar elə bir platforma axtarırlar ki, məlumatların yığılıb emal edilməsini avtomatlaşdırsın. Belə platformalar kitmi SAP, Oracle, Anaplan və Workiva-nı göstərmək olar.
Amma «Excel»dən uzaqlaşmaq asan olmayacaq.
Levi Strauss & Co şirkəti «Excel»in bəzi funksiyalarını yeni süni ağıl aləti ilə dəyişir. Şirkt gözləyir ki, «Excel»dən uzaqlaşmaq 2 il davam edəcək. İlk dəyişikliklər isə 2022-ci ilin əvvəlindən başlanacaq.
Alətləri dəyişməklə yanaşı, yeni proqramlara işiləri də öyrətmək lazımdır. Məsələ bundadır ki, hazırki maliyyə mütəxəssislərinin əksəriyyəti 1985-ci ildə yaradılan «Excel»də «böyüyüblər».
«Excel» dünyada ən populyar proqramlardan biridir. Hazırda onun 750 milyon istifadəçisi var. Müqayisə üçün bildirək ki, 2018-ci ildə «Javascript»in cəmi 11 milyon istifadəçisi vardı. Bir qədər əvvəl isə «Microsoft» elan edib ki, «Excel»dən istifadə 30% artır.