İKT

“Apple” bütün cihazlarında üztanıma texnologiyası - Tətbiq Edəcək

“Apple” bütün cihazlarında üztanıma texnologiyası - Tətbiq Edəcək | FED.az
14:36 26 İyul 2021

ABŞ-ın Kompüter texnikası və istehlak elektronikası istehsalçısı “Apple” 2 il ərzində bütün cihazlarında “Face ID” üztanıma funsiyası tətbiq edəcək.

Eləcə də bax: "Xiaomi" dünya smartfon bazarında - İkinci Yerə Yüksəlib

FED.az xəbər verir ki, gələcəkdə bu funksiya "Mac" kompüterlərinə, aşağı büdcəli “iPhone SE” və “iPad Air”ə əlavə ediləcək.

Hazırda bu cihazlarda “Face ID”nin daha ucuz alternativi olan barmaq izi skaneri “Touch ID”dən istifadə olunur.

Xatıladaq ki, “Face ID” 2017-ci ildən tətbiq olunur. Bu funksiya smartfonu açmağa, “iTunes Store”, “App Store” və “iBooks Store”da alış-veriş etməyə, “Apple Pay”də ödəniş üçün kartları seçməyə imkan verir. (Apa)

Banner
Banner

Digər xəbərlər

Banner