Böyük brendlər milyarder sahibkar İlon Maskın 44 milyard dollara aldığı sosial media platforması Twitter-də reklamlarını dayandırmağa qərar verməyə başlayıb.
Eləcə də bax: İlon Mask «Twitter»də istirahət günlərini ləğv edir – BU GÜNDƏN İXTİSAR BAŞLAYIR
FED.az xəbər verir ki, avtombil istehsalçıları «General Motors», «Volkswagen AG», qida istehsalçıları «General Mills» və «Mondelez International Inc», əczaçsılıq şirkəti «Pfizer» şirkətləri bu barədə qərar qəbul edən ilk şirkətlər oldu.
Buna səbəb İlon Maskın Twitter-də məzmun moderasiyası standartlarını dəyişəcəyi, platformada təhlükəsizlik mühafizəsini və fəal qrupların təzyiqini aşağı salacağı ilə bağlı narahatlıqlardır.
Xatırladaq ki, «Twitter»in gəlirlərinin təxminən 90 faizi reklamçılardan gəlir.
Şirkətlər ehtiyat edir ki, kontentin moderasiyası standartlarının yumşaldılması nəticəsində buraya reklam verən şirkətlərin nüfuzu aşağı düşə bilər.
«General Mills» bu həftə Twitter-də reklamını dayandıran şirkətlər qrupuna qoşulan sonuncu brend olub. «Cheerios» və «Lucky Charms» taxılları ilə tanınan şirkət, reklamları dayandıracağını təsdiqləyib.
Şirkətin sözçüsü Kelsey Roemhildt bildirib ki, "Biz bu yeni istiqaməti izləməyə və marketinq xərclərimizi qiymətləndirməyə davam edəcəyik. Bu prosesdə reklamımızı dayandırmaq qərarına gəldik".
Bəzi şirkətlər isə ümumiyyətlə «Twitter»dən əsas menecerlərin çıxıb getməsindən sonra şəbəkənin vəziyyətinin necə olacağından narahatdırlar.