Apple beyin implant texnologiyası üçün standart hazırlayır.
10 min xəstə bir neçə günə müalicə olunacaq: Süni intellekt həkimlər iş başında!
FED.az xəbər verir ki, şirkət düşüncə ilə iPhone, iPad və Vision Pro kimi cihazları idarə etməyə imkan verən sistem üzərində işləyir. Synchron şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılan Stentrode adlı implant beynin motor korteksinə yerləşdirilir və beyin siqnallarını hərəkətə çevirir.
Bu texnologiya artıq sınaqdan keçib – ALS xəstəsi Vision Pro vasitəsilə menyuları düşüncə ilə idarə edib və virtual olaraq İsveçrə Alplarını gəzib. Synchron eyni zamanda bu interfeysi ChatGPT ilə birləşdirmək üzərində də çalışır. Apple ilin sonuna qədər bu texnologiya üçün standartları digər inkişaf etdiricilərlə paylaşmağı planlaşdırır.
Ekspertlər qeyd edir ki, bu cür yeniliklər əlçatanlıqda böyük irəliləyişdir, lakin kütləvi istifadəyə keçid üçün zaman lazımdır. Applause şirkətindən Bob Farrell bildirir ki, Apple əlçatan texnologiyaların inkişafında sənayeyə liderlik edir və digər şirkətlər də bu istiqamətdə təşəbbüslər göstərməlidirlər.