ABŞ-ın “İntel” şirkəti minlərlə iş yerini ixtisar etməyi planlaşdırır.
Eləcə də bax: Bu ölkədə “iPhone” satışı - QADAĞAN EDİLDİ
FED.az xəbər verir ki, şirkətin bu addımı şəxsi kompüterlər üçün prosesorlara tələbatın kəskin azalması ilə əlaqədar atdığı deyilir. “İntel” bununla xərclərini azaltmağa və rəqiblərinin ondan aldığı bazar payını geri qaytarmağa çalışır.
Qeyd edilir ki, bəzi bölmələrdə, o cümlədən satış və marketinq departamentində işçilərin 20 %-i ixtisar edilə bilər.
Qeyd edək ki, 1968-ci ildə təsis edilən “İntel” şirkəti elektron cihazlar və kompüter hissələri, o cümlədən mikroprosesorlar istehsal edir. (Report)