Braziliyada “iPhone” satışı qadağan edilib.
Eləcə də bax: Apple "iPhone 14"ün istehsalını artırmaqdan - İMTİNA ETDİ
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət Braziliya məhkəməsi tərəfindən cərimələnib.
Belə ki, oktyabrın 13-də San-Paulu məhkəməsi Braziliyanın Kreditorlar, İstehlakçılar və Vergi Ödəyiciləri Assosiasiyasının təqdim etdiyi iddia ərizəsi ilə “Apple”a qarşı qərar qəbul edib. Şirkət smartfonları şarj adapteri olmadan satdığı üçün cərimələnib. Buna görə məhkəmə smartfonların şarj cihazı olmadan satışını qadağan edərək şirkəti 100 milyon dollar cərimələyib.