Məşhur amerikalı reper Kanye Uest sosial şəbəkələrdəki paylaşımlardan sonra müştəriləri ilə münasibəti korlanıb və böyük pullar itirərək milyarder statusunu itirib.
Eləcə də bax: "Facebook" Türkiyədə rekord məbləğdə - CƏRİMƏLƏNİB
Forbes nəşrinin məlumatına görə, müğənninin sərvəti hazırda 400 milyon dollardır.
Amerikalı müğənni Kanye Uest sosial şəbəkələrdəki mübahisəli hərəkətləri və paylaşımlarına görə bir neçə şirkət onunla əməkdaşlığı dayandırdıqdan sonra milyarder statusunu itirib.
Belə ki, Uestin sərvəti bir neçə ay əvvəl 2 milyard dollar olduğu halda, hazırda 400 milyon dollara düşüb.
Müğənninin iqtisadi vəziyyəinə əsas zərər son on ildə Yeezy geyim xəttini brendə çevirən Almaniyanın idman ayaqqabıları və avadanlıqları istehsalçısı Adidas ilə müqaviləyə (1,5 milyard dollar) xitam verilməsi olub. Bu marka, ekspertlərin fikrincə, ümumi Adidas satışlarının 8%-ə qədərini təşkil edir.
Keçən həftə isə «Gucci», «Balenciaga» və «Yves Saint Laurent» lüks brendlərinin sahibi olan fransız Kering qrupu, «Balenciaga»nın Uest ilə tərəfdaşlığını bitirdiyini açıqladı.
Oktyabrın 3-də Paris Moda Həftəsi çərçivəsində Kanye Uest üzərində «White Lives Matter» sözləri yazılmış sviterdə gəlib. Bu şüar «Black Lives Matter» hərəkatına qarşı irəli sürülüb. Müğənni bu hərəkətinə görə tənqil edildikdən sonra, sosial şəbəkədə moda redaktorları və keçmiş dostları haqqında təhqiramiz ifadələr yazaraq tənqidlərə cavab verib.
Bundan sonra onun İnstaqram və Twitter-dəki səhifələri də nifrət yayması səbəbi ilə bloklanıb.