Instagram sosial şəbəkəsində növbəti yeniliklər baş verib.
"Instagram" yeni funksiyasını təqdim etdi - CANLI MƏKAN PAYLAŞIMI
FED.az xəbər verir ki, 2025-ci ildə baş verən yeniliklər həm dizayn, həm də ümumilikdə sosial şəbəkənin izlənməsinə aiddir. Beləliklə,
1. INSTAGRAM-da düzbucaqlı lent
Şəbəkədə maraqlı yeniliklərdən biri kvadrat şəkilli lentin düzbucaqlı ilə əvəz edilməsidir. Bundan narazı qalanlar olosa da, artıq qaydalar belədir. İstifadəçilər öz şəkillərini yeni formata uyğunlaşdırmalıdırlar.
2. 3 dəqiqəlik REELS videolar
Görünür, istifadəçilərin çoxsaylı xahişlərini nəzərə alaraq Instagram 3-dəqiqəlik Reels videolarına icazə evrib. Nəticədə indi videoları kəsib-doğramaq lazım deyil, bütöv də yerləşdirmək olar. Bu yaradıcı istifadəçilər üçün böyük bir addım və yeni imknalardır.
3. Reels in yaradılması üçüe yeni alət — EDITS ot Instagram!
Yeni alət nə bacarır:
• Genişləndirilmiş montaj funksiyaları,
• Professional effektlər
• Qurulmuş keçidlər
• Səslə işləmək
Amma əsas yenilik — baxış statistikanın birbaşa redaktordan tənzimlənməsidir.
4. Dostların REELS-lərindən xəbər tutmaq
«Instagram»ın budəfəki maraqlı yeniliklərindən biri əlavə məlumatlar almaq imkanıdır. İndi istifadəçilər görəcəklər ki:
• Dostları hansı Reels-ləri layk edirlər.
• Dostları hansı videoları saxlayırlar
• Hələlik bu funksiyalar bir neçə ölkədə işləyir.
5. 2025-də İnstagramın əsas ölçü meyarları
Layklar: Əsas göstərici izləyicilərin posta qoyduqları layklardır.
Repostlar: Xüsusilə izləyici olmayan istifadəçilərin sizin postları paylaşması qiymətlidir.
Baxış vaxtı: Videolarınıza baxmağa nə qədər çox vaxt sərf etsələr o qədər yaxşıdır.