2025-ci ilin yanvar ayı ilə 2024-cü ilin dekabr ayını müqayisə etdikdə, sosial media platformalarının istifadə paylarında əhəmiyyətli dəyişikliklərin baş verdiyi görünür. Ən böyük sürprizlərdən biri, İnstagramın bazar payının kəskin azalmasıdır.
"Facebook" və "İnstagram"dakı reklamlardan ehtiyatlı olun - DİN-DƏN ƏHALİYƏ ÇAĞIRIŞ
FED.az xəbər verir ki, dekabr ayında 47,09% ilə açıq-aşkar lider olan İnstagram, yanvarda 36,08%-ə düşərək əhəmiyyətli dərəcədə geriləmişdir. Bu, platformaya olan marağın azaldığını və ya istifadəçilərin alternativlərə yönəldiyini göstərə bilər.
Əksinə, Facebook 16,03%-dən 25,81%-ə yüksələrək yenidən güclənən platformalar arasında yer alıb. Pinterestdən istifadə edənlərin payı isə nisbətən sabit qalıb. Dekabrda 16,91% olan platformanın bazar payı yanvarda cüzi azalıb – 16,26%. YouTube isə artım nümayiş etdirərək 9,97%-dən 13,28%-ə yüksəlib.
X (köhnə Twitter) 6,66%-dən 5,03%-ə geriləyərək maraq itkisi yaşayıb. Reddit və LinkedIn isə kiçik dəyişikliklər göstərib. Reddit 1,6%-dən 1,91%-ə yüksəlib, LinkedIn isə 1,05%-dən 0,91%-ə enib.
Bu dəyişikliklər sosial media trendində yeni dövrün başlandığını göstərə bilər.