Kanadalı biznesmen, mühəndis, ixtiraçı və investor İlon Mask uzun müddət öncə elan etdiyi yeni tibb (nevroloji) startapı - Neuralink insan beynini kompüterə birləşdirəcək texnologiyanı - çipi təqdim edib.
Eləcə də bax: İnsan bədəninə mikroçiplər yerləşdirirlər - RAHATLIQ, YOXSA İZLƏNMƏ ÜSULU? - ANALİTİKA
FED.az xəbər verir bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat paylaşıb.
Məlumata görə, İlon Maskın bu ixtirası ilk olaraq donuz üzərində sınaqdan keçirilib. İxtiraçı bunun meymunlar üzərində də testdən keçirildiyini vurğulayıb.
Osman Gündüzün sözlərinə görə, adi qəpik ölçüsündə olan, başda-kəllə sümüyündə robotlar vasitəsilə implant edilən, kompüterə bluetooth ilə inteqrasiya olunan, LİNK adlanan bu çip xeyli “ağıllı” xüsusiyyətlərə malikdir.
Belə ki, kəlləyə implant olunan çip vasitəsilə aşağıdakıların reallaşacağı gözlənilir :
- Düşüncə ilə kənar qurğuları ( telefon, maşın və s. ) idarə etmək
- Əşyaların internetində iştirakçı olmaq ( insanın kənar qurğulara inteqrasiyası)
- İnsanın bacarıqlarını (dil, yaddaş və s.) artırmaq
- Bəzi xəstəlikləri sağaltmaq və s.
Donuzların üzərində eksperimentlərin artıq uğurla başa çatdığı bildirilib.
Osman Gündüzün məlumatına görə, növbəti mərhələdə testin insan üzərində aparılacağı gözlənilir: “İnsan üzərində keçiriləcək ilk sınaqlar da məhz bir çox xəstəliklərin sağaldılması ilə bağlı olacaq. Bu cür tibbi əməliyyatın təxminən bir neçə min dollara başa gələ biləcəyi gözlənilir. Dünyanın bu sahə üzrə ən öndə gedən universitetlərinin , ən məşhur tədqiqat qurumlarının alimləri İlon Maskın bu sahədə belə irəli gedə biləcəyini gözləmədiklərini deyiblər”.
Neuralink insan üzərində testdən keçirilib uğur qazanandan sonra bəşəriyyətin tamamilə yeni inkişaf mərhələsinə daxil olacağını gözləmək mümkündür. (MediaPost)