“Twitter”in yeni sahibi İlon Mask firmanın bütün işçilərinin təxminən yarısını ixtisar etməyi planlaşdırır.
“Twitter”in səhmdarları İlon Maskı - MƏHKƏMƏYƏ VERİB
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü Bloomberg məlumat yayıb.
Məlumata görə, Twitter-in 7,5 min əməkdaşlarının sayı təxminən 3,7 minə düşəcək. Şirkət həmçinin ştatda qalan işçilərin uzaqdan işləməsini qadağan edəcək. Agentliyin mənbələrinə görə, bu cür tədbirlər xərclərin azaldılmasına yönəlib.