Avropada sosial şəbəkələrdə şəkillərin yerləşdirilməsi zamanı filtrlərdən istifadə nəzarətə götürülür.
Azərbaycanda "Facebook" azalır, "Instaqram" artır - İSTİFADƏÇİ SAYI AÇIQLANDI
FED.az xəbər verir ki, yeni yanaşmaya görə, reklam və biznes məqsdli digər şəkillərin müəllifləri – şəkillərin filtrdən və ya oxşar proqramlardan keçdiyini hökmən açıqlamalı olacaqlar.
İlk baxışdan tamamilə şəxsi iş kimi görünən sosial şəbəkələrdə şəkillərin paylaşılması mövzusu Avropa hökumətlərinin gündəminə bir qədər əvvəl çıxıb.
Belə ki, əvvəla, bu şəkillər reklamlarda istifadə olunur və istehlakçılarda düzgün olmayan rəy və onların aldadılmasına şərait yaradır.
Digər tərəfdən, xüsusi proqramlar vasitəsilə hazırlanan şəkillərdə qeyri-real görüntülər gənclərdə – öz görünüşləri ilə bağıl kompleks və psixoloji narahatlıq yaradır. Bu xüsusilə üz filtrlərinə aiddir.
Avropa Birliyində aparılan araşdırmalar göstərir ki, üz filtrləri qeyri-real gözəllik standartlarını təbliğ edir və daha çox ölkə onların istifadəsini tənzimləməyə çalışır.
«Selülit, sızanaq, görünüşün digər qüsurları - çoxumuzda var. Bununla belə, siz sosial mediaya baxdığınız zaman başqalarının mükəmməl göründüyünü düşünə bilərsiniz.
Bu qismən üz filtrləri və görünüşünüzü dəyişməyə imkan verən digər proqramlar sayəsindədir: qırışları hamarlaşdırın və ya üzünüzü daha incə göstərin»-deyə hesabatda bildirilir.
Kosmetik vasitələr istehsalçısı olan “Dove” brendinin araşdırması nəticəsində məlum olub ki, 13 yaşa çatan yeniyetmə qızların 80%-i onlayn fotoda xarici görünüşlərini dəyişdirirlər.
Tələbatın böyük olması nəticəsində son illər bu bazar sürətlə inkişaf edir, həm proqramların sayı artır, həm də "gözəllik filtrləri" getdikcə mükəmməlləşir, şəklin proqramla çəkildiyin ayrıd etmək getikcə çətinləşir.
«Lakin bu vasitələrin zəhərli olduğu deyilir, çünki onlar, xüsusən də yeniyetmələr və gənclər arasında qeyri-real gözəllik standartlarını təbliğ edirlər. Çoxsaylı araşdırmalara görə, sosial media da depressiya və bədən dismorfiyası ilə əlaqələndirilir» - bildirilir.
Belə ki, hələ 2020-ci ildə Böyük Britaniya İcmalar Palatasının apardığı araşdırma göstərib ki, 18 yaşından kiçik gənclərin 95%-i pəhriz və ya plastik cərrahiyyə vasitəsilə görünüşlərini dəyişdirmək niyyətindədir.
Buna görə də Avropanın bəzi ölkələri bu filtrlərdən istifadəni tənzimləməyə başlamaq qərarına gəliblər.
Məsələn, Norveçdə reklamçılara və sosial mediada təsir edənlərə şəkillərin fotoşop olub-olmadığını açıqlamadan onlayn olaraq tanıtım fotolarını paylaşmaq qadağan edilib.
Fransa da oxşar qanunu nəzərdən keçirir. Fransanın İqtisadiyyat Naziri Bruno Le Maire bildirib ki, “Reklam tərəfdaşlığı zamanı foto və video məzmununda filtr və ya retuşun istifadəsini göstərməyi məcbur edəcəyik. Biz bunu bu təcrübələrin internet istifadəçilərinin heysiyyətinə zərərli psixoloji təsirini məhdudlaşdırmaq üçün edirik”.
Oxşar qaydalar Böyük Britaniyada müzakirə olunur. Lakin bəzi ekspertlər bu yeni texnologiyanın tənzimlənməsinin problemi həll etməyəcəyini iddia edirlər.
Pamela Rutledge, psixoloq: «Əsl problem insanların özlərini necə qavradıqlarıdır, filtrlər deyil. Beləliklə, araşdırmalar göstərir ki, hər dəfə bir fotoşəkilə "Bu retuş edilmişdir" etiketi vurduğunuzda bu, öz bədəninizi necə qəbul etdiyinizə təsir etmir».