"Twitter"in yeni sahibi İlon Mask sosial şəbəkədə bloklanmış bütün hesablar üçün “amnistiya” elan etdiyini açıqlayıb.
Eləcə də bax: İlon Maskdan Twitter işçilərinə ultimatum: «Ya razılaşın, ya da işdən çıxın»
FED.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Qeyd edilib ki, bu, İ.Maskın "qanunu pozmayan və ya böyük spamla məşğul olmayan" bloklanmış istifadəçilərin "amnistiya"ya cəlb edilib-edilməməsi ilə bağlı sorğu keçirməsindən sonra edilib. 3 milyondan çox istifadəçilərinin 72 faizi “amnistiya”nın lehinə səs verib. (Trend)