Twitter-in yeni sahibi şəbəkədə öz qaydalarını bərqərar etməkdədir.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, İlon Mask işçilərə uzun müddət yüksək tempdə işləməli olacaqlarını, əks halda təzminatlarını alaraq getməli olacaqlarını bildirib.
O işçilərə göndərdiyi məktubda “Twitter önümüzdəki dövrdə uzun müddət yüksək tempdə işləməli olacaq. Yalnız əla performans keçən qiymət alacaq. Əgər yeni Twitter-in bir hissəsi olmaq istədiyinizə əminsinizsə, aşağıdakı linkdə "bəli" düyməsini klikləyin" bildirilir. Noyabrın 17-i axşama qədər təsdiq verməyə işilər işdən çıxarılacaq və onlara 3 aylıq kompensasiya veriləcək.
Xatırladaq ki, şəbəkənin yeni sahibi burada əməydaşlarla bağlı ciddi dəyişikliklər edib. O işçilərin bir hissəsini ixtisar edib, üstəlik indiyədək mvcud olan evdən işləmə qaydasını da ləğv edib.