Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.
Eləcə də bax: 4 şəhər və 5 rayonda karantinlə bağlı – NAZİRLƏR KABİNETİNİN QƏRARI
FED.az xəbər verir ki, bunu "ASAN Xidmət"in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.
O qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdirə bilər. (Apa)