Keçən həftə iPhone 16 modellərinin satışına İndoneziyada qadağa qoyuldu.
“iPhone 16” “Apple”ın ən az populyar smartfonu seçildi
FED.az xəbər verir ki, sənaye naziri Agus Gumiwang Kartasasmita "iPhone 16 İndoneziyada hələlik satıla bilməz" deyə bildirib və ölkədə bu telefonun istifadəsinin də qanunsuz elan edildiyini açıqlayıb. Qadağanın səbəbi Apple-ın vəd etdiyi investisiya öhdəliyini tam yerinə yetirməməsidir. Şirkət 1,48 trilyon rupiya investisiya etdiyi halda, tələb olunan məbləğ 1,71 trilyon rupiya idi.
Nazir həmçinin vətəndaşları xaricdən cihazları almaqdan çəkindirməklə, sertifikatsız iPhone 16-nın qanunsuz olduğunu vurğulayıb. Apple, yerli tələblərə cavab verə bilmədiyi üçün lazımi icazələri ala bilmir və bu vəziyyət iPhone 16-nın ölkədə rəsmi satışa çıxarılmasını gecikdirir. Tim Cookun Cakartaya səfərinə baxmayaraq, problemin həllinə dair nəticə əldə olunmayıb və iPhone 16-nın İndoneziyada satışa çıxarılacağı tarix hələ də qeyri-müəyyəndir.