ABŞ təzyiqinə qarşı mübarizə aparmağa çalışan “Huawei” bu dəfə Cənubi Koreyalı tədarükçüləri tərəfindən zərbə aldı.
Eləcə də bax: 4 yeni «İphone» gəlir – «Apple» Məhsullarını Açıqlayacaq
FED.az xəbər verir ki, “Samsung” və “LG” “Huawei”in yüksək səviyyəli telefonları üçün panel satışını dayandıracaq.
SATIŞLAR 15 AVQUSTDAN SONRA DAYANACAQ
Bunun səbəbi ABŞ-ın avqust ayında qəbul etdiyi yeni bir qərarla “Huawei”ə qarşı məhdudiyyətləri sərtləşdirməsidir. Buna görə ABŞ texnologiyasından istifadə edərək istehsal olunan məhsullar xüsusi lisenziyasız Çin texnologiyasına satıla bilməz. “Samsung” və “LG”nin istehsal etdiyi ekranların işləməsini təmin edən çiplər arasında ABŞ mənşəli texnologiya da var. Bu səbəbdən, iki şirkət qadağanın başladığı 15 sentyabr tarixindən etibarən “Huawei”yə satışı dayandıracaq.
Məlumata görə, “Huawei”ə satışların ümumi istehsalın yalnız kiçik bir hissəsini təşkil etdiyi üçün bunun “Samsung” və “LG”yə ciddi bir təsir göstərməyəcəyini bildirilib.
“HUAWEI” ÇİP İSTEHSALINA SON VERMƏYİ QƏRARA ALMIŞDI
ABŞ-ın son qadağasından sonra “Huawei” prosessor istehsalını dayandırmağa qərar vermişdi.
Şirkətin istehlak məhsulları direktoru Riçard Yu "15 sentyabrdan sonra Kirin prosessorlarını istehsal etməyə davam etməyəcəyik. Son sanksiya qərarından sonra Amerika texnologiyasından istifadə edən şirkətlərlə işbirliyimiz əngəlləndi və onsuz bir prosessor istehsal edə bilmərik" deyə bildirib.