«Apple» şirkəti pandemiyanın bitməsini gözləmədən yeni məhsullarını açıqlayıb.
Eləcə də bax: ABŞ fond bazarı və “Apple” səhmləri - Çöküb
FED.az xəbər verir ki, şirkət özünün ənənəvi payız prezentasiyasını sentyabrın 15-ə təyin edib.
«Bloomberg» bildirir ki, budəfəki təqdimatlar yeni «Apple Watch» və «iPad»a həsr olunacaq. Yeni «iPhone 12» isə oktyabrda təqdim ediləcək.
Ümumilikdə 2020-ci ildə «Apple»ın 4 yeni «iPhone» buraxacağı gözlənilir. Bunlar 5,4, 6,1 və 6,7 döym diaqonallı, eləcə də «iPad Pro» stilində olacaq.
Smartfonlar satışa oktyabrda buraxılacaq. Eləcə də «Apple» yenilənmiş «iPad Pro» və «iPad Air» planşetlərini, «Apple Watch Series 6» ağıllı saatlarını və «AirPods Studio» qulaqcıqlarını təqdim edə bilər.
Qeyd edək ki, həmişə «Apple» məhsullarının təqdimatından əvvəl ənənəvi olaraq «adını açıqlamayan» müxtəlif mənbələrdən belə məlumatlar yayılır. Bu da şirkətin reklam kampaniyasının tərkib hissəsidir.