2023-cü ilin fevral ayında Hindistandan Azərbaycana tütün və onun sənaye əvəzedicilərinin idxalı bu ilin yanvar ayına nisbətən dəyər ifadəsində 40,5% azalaraq $2,86 milyon təşkil edib.
“Samsung” Azərbaycan bazarında liderliyini saxlayır – Ölkənin mobil telefon bazarında payını artırdı
FED.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinin materiallarına istinadən xəbər verir.
2022-ci ilin fevral ayında Azərbaycana tütün və onun sənaye əvəzediciləri idxal edilməyib.
2022-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək (cari maliyyə ilinin 11 ayı) Hindistan Azərbaycana $27,94 milyon dəyərində (2021-ci ilin aprel – 2022-ci ilin fevral ayları ilə müqayisədə artım 13,4 dəfə) tütün və onun sənaye əvəzedicilərini ixrac edib.
Nazirlikdən verilən məlumata görə, bu ilin fevral ayında Hindistandan Azərbaycana $2,28 milyon dəyərində (azalma 0,4%) 12,31 min ədəd smartfon (2023-cü ilin yanvar ayına nisbətən artım 2,5%) ixrac edilib.
2022-ci ilin fevral ayında ixrac həyata keçirilməyib.
2022-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək sözügedən məhsulun ixrac həcmi $21,96 milyon (126,47 min ədəd) təşkil edib.
Cari ilin fevral ayında Hindistandan Azərbaycana əczaçılıq məhsullarının ixracı dəyər ifadəsində 4,8 dəfə - $1,1 milyondan $230 minədək azalıb.
2022-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək Hindistandan Azərbaycana əczaçılıq məhsullarının ixracı əvvəlki maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə 6,6% azalaraq $7,02 milyon təşkil edib.
2023-cü ilin fevral ayında Hindistandan Azərbaycana ixracın ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,2 dəfə artaraq $8,71 milyon təşkil edib. (İnterfaks-Azərbaycan)