Koronavirus pandemiyasından sonra dünyadaZoom proqramı sürətlə populyarlaşıb.
FED.az xatırladır ki, artıq bu proqramın videozəng servisi ilə çoxsaylı şirkət və təşkilatlar Zoom mitinqlər təşkil edir və işgüzar görüşlər keçirirlər.
Nəticədə Zoom toplantılar hər bir ofis işçisinin, xüsusilə o evdən işləyirsə, həyatının ayrılmaz hissəsinə çevrilib və bəziləri artıq bu zənglərdən yaxa qurtarmağa çalışır.
İndi isə Zoom-zənglərdən yaxa qurtarmaq və ya bu görüşləri tez bitirmək üçün qarşı tərəfi aldatmağa imkan verən proqramı hazırlanıb.
Amerikadı kompüter proqramçısı Sem Lavin «Zoom Escaper» adlı proqram yaradıb, bu proqram vasitəsilə Zoom konfransına kənar səslər əlavə etmək mümkündür ki, istifadəçi görüşü üzrlü səbəbdən tez tərk edə bilsin.
FED.az biznes portalı «The Verge»yə istinadən bildirir ki, bu proqramın vasitəsilə konfransdan çıxmaq istəyən iştirakçı yalançı uşaq ağlaması səsini, tikinti səsini, külək səsini, hətta it hürməsi səsini işə sala bilər.
Bundan başqa, Zoom Escaper vasitəsilə səslərə əks-səda verməklə və ya səsi qırı-qırıq etməklə guya bağlantıda problem olması görüntüsü yaradıla bilər.