İlon Maskın qlobal internet layihəsi - Starlink artıq təyyarədə də yüksək sürətli internet verməyə başlayıb.
Eləcə də bax: İlon Mask Gürcüstanda şirkət - AÇIB
FED.az xəbər verir ki, bir neçə gün əvvəl keçirilən sınaqlarda Starlink interneti vasitəsilə 30 min fut və ya 9,14 kilometr yüksəklikdə uçan təyyarədə «Netflix» və «YouTube» videolarına baxmaq mümkün olub. Şirkətin ilk müştərisi JSX aviaşirkəti olub.
Sınaq uçuşu zamanı JSX təyyarəsində Starlink sisteminin internetinin sürəti ölçülüb və ötürmə sürəti saniyədə 100 meqabitdən artıq olub.
Ölçmələr Ookla tətbiqi ilə aparılıb. Nəticədə təyyarədə 10 nəfər eyni zamanda 20-30 cihazla internetə daxil olublar. Onlar videolara baxıb, WhatsApp-la videozəng edib və email göndərib alıblar. Bütün bunlar keyfiyyətli görünüş və sürətli ötürmələrlə baş verib.