“Samsung Electronics” böyük ehtiyat gücünə malik “Galaxy F62” smartfonunu təqdim edib.
Eləcə də bax: “Samsung Galaxy M12” smartfonu - Təqdim Edilib
FED.az xəbər verir ki, “Gorilla Glass” şüşəsindən hazırlanan 6,7 düyümlük ekranı “Super AMOLED+” texnologiyasına əsaslanır.
32 MP-lik ön kamera ilə təchiz olunan smartfon 7 Nm-lik “Exynos9825” prosesoru ilə çalışır. 6 və ya 8 GB-lik ROM, 128 MB-lik RAM-a malik “Galaxy F62” yalnız LTE şəbəkələrində çalışır, 5G rabitəsini dəstəkləmir.
Bluetooth 5.0, NFC, USB-C portu ilə təchiz olunmuş yeni smartfon “Android 11” əməliyyat sistemi və yeni “One Uİ 3.1” interfeysi əsasında çalışır. 7000 mA-lıq akkumulyator 25 vt-lıq sürətli doldurma siminə malikdir.
“Galaxy F62” ilk dəfə Hindistanda 330 ABŞ dolları qiymətinə satışa çıxarılacaq. (Report)