Banner

İKT

Feysbuk 5 milyard dəfə yüklənib – ANDROİDDƏ İLK

Feysbuk 5 milyard dəfə yüklənib – ANDROİDDƏ İLK | FED.az
10:16 7 Okt 2019

FED.az TED.az xarici mətbuata istinadən xəbər verir ki, Feysbuk əlavəsi, Google Play-də 5 milyard yüklənmə səviyyəsinə çatan, Google məhsullarından kənar ilk əlavə olub.

Eləcə də bax: Türkiyə "Facebook"u - CƏRİMƏLƏYİB

 Microsoft proqramları ilə olduğu kimi, Feysbuk qutudan bir çox smartfonda quraşdırılır — belə bir nəhəng göstərici də elə burdan yaranır. Lakin Feysbuk mobil əlavəsi Excell-dən fərqli olaraq, istifadəçilər arasında həqiqətən də olduqca populyardır, ona görə də belə bir nəticəyə tam layiqdir.

Feysbuk əlavəsinin 1 milyard yüklənmə tarixindən beş il ötüb. Ehtimal olunur ki, 5 milyard yüklənmə səviyyəsinə çatacaq növbəti kənar əlavə Feysbuka məxsus hansısa digər PT (proqram təminatı) olacaq.

Digər xəbərlər

Banner